Ermənistanda bu gün səhər saatlarında zəncirvari qəza qeydə alınıb.
Qəza Sevan-İrəvan avtomobil yolunda baş verib.
Hadisə zamanı 20-yə yaxın avtomobil toqquşub. Bəzi avtomobillər ağaclara çırpılıb.
Hadisə yerinə fövqəladə vəziyyət briqadaları, həkim və polis əməkdaşları cəlb olunub.
Qəzaya səbəb qeyri-sabit hava şəraiti, qar olub.
.
