Ermənistanda hərbçilər yol qəzasına düşüb.

Yenizaman Shamshyan.com saytına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

“Nissan” və “QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyi məlumatı şərh etmir.

.