"Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerdə tikinti başlayacaq".
"Report" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP - Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.
"Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq", - nazir bildirib.
Müxalifətin Rusiya və İranın "TRIPP"ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib:
"Bu insanlara qulaq asmayın, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük".
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada məlumat verib.
"Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir bildirib.
Ararat Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir: "İnanıram ki, biz sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir qədər kənara qoysaq, belə ssenarilər bir o qədər reallaşacaq".
Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
.
