Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır qiymətləndirilib.

.