Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb.

Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxs daxil olan siqnal əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

.