Ermənistan ordusunun hərbçisi ölüb.

“news.am” verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-sı axşam saatlarında N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Artur Kazaryan əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində ölümcül yara alıb və həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

.