Ermənistanda səlahiyyətlilər Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti sərtləşdiriblər və məhdudiyyətlər əlavə ediblər.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan hökumətinin saytında xəbər verilib.
Ermənistan Nazirlər Kabinetinin qərarına görə, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qeyri-mümkündür.
"Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayanvə ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır", - "RİA Novosti" Nazirlər Kabinetinin qərarından sitat gətirib.
Ermənistan polisi müəyyən olunmuş qaydalara riayət edilməsinə, məlumat yayılmasının dayandırılması, çap avadanlığının, radio və audio yayım avadanlığının, kopyalama maşınlarının ələ keçirilməsi və ya müvəqqəti müsadirə edilməsini dayandırmaq səlahiyyətinə malikdir.

.