Demokratiyanın qələbəsindən və təntənəsindən ağız dolusu danışa-danışa özünü ölkə cəfakeşi kimi göstərən Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. 

Sözdə aşkarlıqdan, həqiqətdən dəm vuran Nikol Paşinyanın erməni mətbuatının yaydığı məlumata görə onu çaş-baş vəziyyətdə olduğunu sübutlarla izah edir. Erməni mətbuatı N. Paşinyanın aqoniya vəziyyətində olduğunu  iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.
Sözdə demokrat N. Paşinyanın cinayət işi açdırıb deputatlara güc strukturları vasitəsilə təsirini artırması onun müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. 

14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib. Tutduğu vəzifənin səlahiyyətlərindən gen-bol istifadə edərək demokratiyanı boğmağa çalışan baş nazir güc strukturlarının müdafiəsinə arxalanır.
N.Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb.  
15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.

15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı.

N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.Paşinyan demokratiyası da bir siyasətdir, onu demokratiyasından qan iyi gəlir.
Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Qərb və ABŞ-ın nəzəriyyəçilərinin və mətbuatının ermənipərəst nümayəndələri Ermənistanda vətəndaşların söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər üçün təminat verilməməsinə göz yummaları ona dəlalət edir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr verilən vədlərin və təminatların söz olaraq qalmasında maraqlıdırlar.

Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Buradan belə məntiqi nəticəyə gəlmək olur ki, Ermənistanda yeni demokratik cəmiyyətin yaradılması barədə söylənilənlər həqiqətdən çox uzaq imiş. Bunlar Paşinyanı hakimiyyətə gətirmək üçün lazım imiş.

 Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması KİV-in sərbəst fəaliyyətinə imkan yaradılmaması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Vaxtı ilə ustalıqla Ermənistan ərazisini müsəlman kürdlərdən, azərbaycanlılardan və başqa xalqlardan təmizlədilər. Bugün Ermənistanda fəaliyyət göstərən "örtülü iqtisadiyyat" pərgarları-məmurlar, deputat qrupları, nazirlər qanunlara və sadə vətəndaşlara meydan oxuyurlar. N. Paşinyanın rəhbərlik etdiyi hökümətin millətçi daşnak üzvləri demokratiya pərdəsi altında gizli oyunlarını davam etdirirlər.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi? Ermənistanda baş verən antidemokratik hadisələrə niyə lazımi qiymət verilmir? Demokratiya carçıları Qərb və ABŞ demokratik hərəkatın gedişində tələskənliyə səhvə və qərəzli mövqeyə qarşı Paşinyan hakimiyyətinə niyə münasibətini bildirmir? Bu susmaq nə ilə bağlıdır? Yoxsa onların "demokratiyası" sona yetib?!

Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.Bu dəhşətdir. Ermənistanda Paşinyanın rəhbərliyi ilə qanlı hadisələr onun dirijorluğu ilə yerinə yetirilir. XXI əsrdə, Qərbin və  ABŞ-ın elan etdiyi sivilizasiya dünyasında ordunun, polisin vətəndaşların ictimai həyatına kobud müdaxiləsi məqbul sayıla bilməz. Ermənistandakı son hadisələrlə əlaqədar yenə də gizli, ciddi oyun getdiyi aşkar görünür. Ermənistanda ordunu, polisi sadə adamların etirazlarına qarşı qoyan Paşinyan hökümətidir.

Saxta yolla Soros fondunun dollarları hesabına baş nazir seçilən Paşinyan ölkəsinin polisinin, hərbçilərinin və xüsusi xidmət orqanlarının arxasında gizlənir, narazılara qarşı güc tətbiq edilməsinə göstəriş verir. Bu gün Ermənistanda hakimiyyətdə olan demokratik qüvvələr heç də demokratik  deyillər.
Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.

N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. 

Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.
 
Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür.

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan. Milli münasibətlərin pozulmasını daha da dərinləşdirən "demokrat", alman faşizminə işləyən millətçi daşnakların yaxın qohumu, onların davamçısı Nikol Paşinyana xatırlatmaq istəyirəm ki, onun milli münaqişəni qızışdırmaq cəhdləri yaddaşına yazılır, nəsillərin ömründə iz buraxır. Siyasi partiya - Azərbaycan KP MİK sədri olaraq fikrimi əyaniləşdirmək üçün Azərbaycan ərazilərinin işğal olunması faktından istifadə edən, Azərbaycanın ərazi bütövlüyünü pozan, xalqımızın humanist təbiətinə, xeyirxahlığına düşmənçilik edən ərazilərimizdə özbaşına saxta seçkilər keçirən, müxtəlif tikinti işlərinin aparılmasına rəvac verdirən N. Paşinyanın komandası – saxtakarlar həqiqəti burulğana salıb milli münasibətlər zəminində gərginliyin artırılmasına çalışırlar.

Respublikamızın bölünməz ərazisi olan Dağlıq Qarabağ ətrafında davam etdirilən erməni millətçi təbliğatçıların və onların muzdlu nökərlərinin tarixi hadisələri elmi obyektivlikdən uzaqlaşdırmaları yaxın gələcəkdə tam iflasa uğrayacağına əminəm.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

 

.