Ermənistanda daha 582 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 158 878-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 10 nəfər artaraq 2 807-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 679-a yüksəlib. İndiyədək 141 844 pasiyent infeksiyadan sağalıb.

.