Ermənistan 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb.

Bununla bağlı Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Aparılan axtarışlar nəticəsində uzaq məsafədən istifadə üçün nəzərdə tutulmuş elektrik detonatoru, onun komponentləri, qumbara, radioəlaqə vasitələri və başqa texniki elementlər tapılıb.

Saxlanılanlardan biri barəsində terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.

Sözügedən şəxslərin Daşnaksütyunun üzvləri olduğu bildirilir.

.