Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyasını aparmaq barədə razılığa gəlib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdəki görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu, onların praktiki məzmununu müəyyən etmək üçün zəruridir.
N.Paşinyanın sözlərinə görə, Putinlə görüş müsbət keçib. Tərəflər həmçinin razılaşıblar ki, Ermənistan Baş naziri yaxın zamanlarda Moskvaya səfər edəcək.
"Ermənistan-Rusiya münasibətləri" anlayışının inventarizasiyasını aparmaq ideyası yarandı ki, bunun praktikada nə demək olduğunu anlayaq. Yəni hansı xətlər bu alt başlığın altına düşür, hansı xətlərdə bizdə eyni mövqe var, hansılarda isə fərqli", - o deyib.
.
