Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Nazirlər regional kommunikasiyaların açılacağı və nəqliyyat şəbəkəsinin inkişaf edəcəyi təqdirdə yaranacaq imkanları nəzərdən keçiriblər.

.