
Ermənistan və NATO əməkdaşlıq məsələlərini, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər.
"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan Prezidenti Vaqn Xaçaturyan ölkəyə səfər edən NATO-da akkreditə olunmuş səfirləri qəbul edib.
"Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığı gündəliyinin əsas məsələləri müzakirə edilib, əməkdaşlığın inkişafının və proqramların davamlılığının əhəmiyyəti vurğulanıb", - məlumatda bildirilib.
Bundan əlavə, regiondakı vəziyyət, sabit və davamlı sülhün qurulması istiqamətində atılan addımlar müzakirə edilib.
.