
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.
Qriqoryan İrəvanın mövqeyinin dəyişməzliyini vurğulayaraq bildirib ki, dəhlizlər keçdikləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında fəaliyyət göstərməlidir.
Telefon danışığı zamanı Ermənistan-İran gündəliyi və təhlükəsizlik məsələlərinə də toxunulub.
.