
İyulun 9-da Ermənistanın müdafiə naziri Suren Papikyan və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadə arasında telefon danışığı olub.
Yenizaman Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı nazirlər beynəlxalq və regional təhlükəsizlik, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyi qarşılıqlı şəkildə vurğulanıb.
.