Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, ŞƏT-ə üzvlük Ermənistanın balanslaşdırılmış xarici siyasətinə uyğundur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan XİN ölkənin ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib.

.