Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası missiyasında iştirakdan imtina edib.

Rusiyada keçirilən prezident seçkilərində KTMT PA-nın müşahidə missiyasının tərkibində Ermənistanın nümayəndələri yoxdur.

Bu faktı missiyanın nümayəndələri də təsdiqləyib.

Qeyd edək ki, rəsmi İrəvan bir müddət əvvəl Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb.

.