Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşiyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə namizədi ilə bağlı təklifini geri qaytarıb.

Bu barədə “Sputnik Armenia” Ermənistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, A. Sarkisyan təyinatla bağlı sənədi öz iradları ilə birlikdə hökumətə geri göndərib.

Qeyd edək ki, N. Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanın namizədliyini irəli sürüb.

.