Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır.

Bazar ertəsi isə genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyaları başlayacaq.

Bunu bu gün keçirilən mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.

"Əziz həmvətənlər, biz hamımız Fransa meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Bir neçə gündən sonra biz baş nazir Nikol Paşinyanın istefasına nail olacağıq”, - deyə o bildirib.

.