
Ermənistan hakimiyyəti özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasını Qarabağ separatçılarından almaq istəyir.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məhkəməyə müraciət edib.
İddianın məqsədi “DQR” “Nazirlər Kabineti”nin 2017-ci ilin martında qeydiyyatdan keçmiş mülkiyyət hüququnu etibarsız saymaqdır.
Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.
.