Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu gün İrana səfər edəcək.

Bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, Ermənistan rəsmisi İran və Ermənistan arasında 18-ci müştərək iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcək.

 

2 günlük səfər çərçivəsində İran və Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə danışıqların aparılacağı bildirilir.

Ermənistan baş nazirinin müavinin İranın vitse-prezidentləri, xarici işlər, səhiyyə və energetika nazirləri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, Gömrük Administrasiyasının baş direktoru, Ticarət İnkişafı Təşkilatının sədri, Milli Qaz Şirkətinin icra direktoru və bank rəsmiləri ilə görüşəcəyi bildirilir.

.