
İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bəli, belə bir fikir də var. Bu məsələ müzakirə masasında var”, - Ermənistan lideri mətbuat konfransında qeyd edib.
Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin Üçtərəfli işçi qrupu uzun müddətdir fəaliyyət göstərmir.
O, buna səbəb kimi məlum olan halları, o cümlədən mətndəki müəyyən uyğunsuzluqları, praktiki problemləri və müəyyən inamsızlığı əsas gətirib.
“Bu, reallıqdır”, - Paşinyan əlavə edib.
.