
Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var.
Yenizaman “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü brifinqdə bildirib.
“Xüsusilə avqustun 8-də sülhün bərqərar olmasından sonra bu təmaslar müntəzəm xarakter daşıyır. Hələlik hər hansı konkret bəyanat verilməyib, bu isə o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm Əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri söhbətləşiblər.
.