Ermənistan Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın işinə qayıtmaq niyyətində deyil.

Yenizaman Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.

"Xeyr, biz belə bir məsələni müzakirə etmirik", - o vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl jurnalistlərə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb: "Hazırkı mərhələdə durğun vəziyyətdədir".

.