"Ermənistana hərbi sənaye üzrə dövlət komitəsi yaratmaq çox vacibdir”. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan hərbi sənaye üzrə komissiyanın bugünkü iclasında bildirib.
"Bu, çox mühümdür, ələlxüsus ona görə ki, Azərbaycan özünün hərbi infrastrukturunu və hərbi sənayesini sürətlə inkişaf etdirir. Bu səbəbdən Ermənistanın milli təhlükəsizlik prioritetlərindən biri hərbi sənayeyə olduqca ciddi yanaşılması olmalıdır”, - Badasaryan deyib.
Qeyd edək ki, Azərbaycanın hərbi büdcəsi işğalçı ölkənin ümumi büdcəsindən böyükdür və bir sıra silah və hərbi texnika növünün istehsalına nail olub.
.