Erməni tərəfi Azərbaycan "təxribat qrupunun rəhbərinin” videosunu yayıb. Videoda əlləri arxasına burulmuş adamın avtomobildən çıxdığı göstərilir. Ermənilərin versiyasına görə, bu, iyulun 14-də Kəlbəcərdə saxlanılan Azərbaycan təxribat qrupunun rəhbəridir. "Nəticədə qrupun rəhbəri və üzvlərinin bir hissəsi həbs olunub, digərləri xüsusi təyinatlı əməkdaşlar tərəfindən məhv
ediib”, - məlumatda deyilir. Lakin "komandir”in adı açıqlanmır. Bundan əvvəl ermənilər digər təxribatçı Şahbaz Quliyevin fotosunu yaymışdılar.
Maraqlı olan "təxribatçı”dan götürülən telefonla çəkilmiş videonun yayımlanmasıdır. Videoda "təxribatçı”lardan biri kim olduqlarını, haradan və niyə Kəlbəcərə gəldiklərini danışır.
"Bu gün biz Kəlbəcərdə mənim doğulduğum kənddə doğum günümü qeyd edirik. Biz buzov tutub kəsmişik və kabab bişiririk. Bizim əhali həmişə belə edib. Bizdə hətta deyirlər ki, ömründə bir dəfə də olsun mal-qara oğurlamayan adama qız verməzlər. Biz də öz adət-ənənəmizi qoruyuruq. Yanımızdakı üçüncü dostumuza da bu işi öyrədirik. Qoy, bizim hərbçilər bura gəlməyin təhlükəli olması barədə danışmasınlar. Burada sakitlikdir, hər tərəf yeməklə doludur, hələ fermadan Cermuk şüşəsinə doldurulmuş araq da götürmşük”.
Görünür, ermənilər hesab edirlər ki, təxribatçılar məhz belə olur. Erməniləri də anlamaq çətin deyil: çünki arxa cəbhədə mülki şəxslərin sərbəst gəzib dolaşmasını, mal-qara oğurlamasını, piknik düzəltməsini necə etiraf edəsən axı? O zaman hərbu əks-kəşfiyyatın yatdığını, cəbhə xəttində nəzarətin olmadığını da etiraf etmək lazım gəlir.
Qeyri-rəsmi məlumatlara görə, Kəlbəcərin keçmiş sakinləri müntəzəm olaraq cəbhə xəttini keçərək öz doğma yerlərində sərbəst hərəkət edirlər.
Ermənilərin məlumatına görə, qrup Kəlbəcərə iyulun 11-də girib. Onlardan biri öldürülüb, ikisi əsir götürülüb. Hələlik yalnız birinin adı məlumdur.

.