Azərbaycanın işğal olunan ərazilərində - Dağlıq Qarabağda, Mataqis icmasının inzibati ərazisində qara kürünün istehsalı üzrə infrastrukturun tikintisinə başlanılıb.
Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir.
Tikintinin bütün xərclərini erməni mənşəli isveçrəli sahibkar Vardan Sermakeş öz üzərinə götürüb.
Layihə çərçivəsindən 350-dən çox su hovuzunun tikintisi nəzərdə tutulur.
"Dağlıq Qarabağ” separatçı rejimi böyük qara kürü ixracatçısına çevrilməyi planlaşdırır.
.