
Xalq artisti Brilliant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında "Big Apple Music Awards” mükafatını ermənilər verib. Lent.az-ın əldə etdiyi məlumata görə, mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.
B.Dadaşova Lent.az-a açıqlamasında bildirib ki, bunu ilk dəfə sizdən eşidirəm. "Necə deyərlər, bura Azərbaycandır. Birincisi ermənilər hər yerdə var. Məni Amerika dəvət edib. Nə etməliyəm? Genlərini yoxlamalıyam? Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də burada nəsə problem görmürəm. Bu, əslində bizim musiqisinin uğurudur ki, ermənilər bizim musiqini qiymətləndirir. Məncə burada qəbahət bir iş yoxdur. Qaldı ki, ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”. Qeyd edək ki, B.Dadaşova "Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.
.