Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yola düşəcək.

"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məlumatıma görə Baş nazir Soçmiyə gedəcək. Düşünürəm ki, görüş baş tutacaq”, Simonyan deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüş dəvət etmişdi.

.