"Mançester Siti"nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb.
22 yaşlı hücumçu buna "Nottingem Forest"ə 6:0 hesabı ilə qalib gəldikləri V tur oyununda het-trik etməklə nail olub.
Norveçli forvard Premyer Liqadakı ardıcıl iki matçda bunu bacaran 7-ci oyunçudur.
Daha əvvəl Les Ferdinand, İan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.
Qeyd edək ki, Erlinq Holann iyunun 13-də "Mançester Siti"yə keçib. Hücumçunun sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

.