Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Şamama Seyidova və Əmir Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə hökm oxunub. Hökmə görə, Şamama Seyidova 15 il, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən il yanvar ayında Xaçmaz rayonunda baş verən dəhşətli qətlin üstü açılıb. Araşdırlamar zamanı 2014-cü il yanvar ayından itkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.
Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.
Hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.
İlkin dindirmə zamanı oğul qətli törətdiyini boynuna alsa da mərhumun həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.
39 yaşlı Şamama Seyidova hadisə baş verən zaman qonşuda çörək bişirdiyini bildirib. Onun sözlərinə görə, evə gələrkən oğlunun ərini evə apardığını görüb.
Şamama Seyidova bildirib ki, oğlunun əlində olan tüfəngdən ehtiyatsızlıq səbəbindən atəş açılıb və nəticədə əri Bünyat Seyidov aldığı güllə yarasından ölüb. Ana oğlunun həbs olunacağından qorxaraq hadisəni gizlətdiyini deyib. Ş.Seyidova qətli gizlətmək üçün rayonda yayıb ki, onun əri Rusiyaya gedib.
Ata qatili 18 yaşlı Əmir Seyidov isə hadisəni törətdiyini etiraf edib.
Ə.Seyidov atasının hər gün içkili halda olduğunu və onları döydüyünü bildirib.

.