Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov ABŞ-ın Dövlət Katibinin müavinin köməkçisi Erik Rubinlə görüşüb.
General-polkovnik Z.Həsənov ABŞ Dövlət Katibinin Avropa və Asiya Məsələləri üzrə köməkçisi Erik Rubini qəbul edib. Görüşdə Erik Rubin Zakir Həsənovun yeni müdafiə naziri postuna layiq görülməsi münasibətilə təbrik edib və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bundan əlavə Zakir Həsənov regiondakı məsələlərə toxunaraq Ermənistanın təcavüzünün davam etdirməsi, sülh danışıqlarının uzadılması bölgədəki vəziyyətə pis təsir etdiyini deyib.
Nazir Azərbaycan-Amerika əlaqələrinin gələcək inkişafından danışaraq ikitərəfli hərbi əməkdaşlığın genişlənməsinə də toxunub.
Bölgədəki vəziyyətdən danışan Erik Rubin ABŞ-ın bu bölgədə sülhə nail olması üçün bütün vasitələrdən istifadə etdiyini qeyd edib. Eyni zamanda tərəflər regiondakı digər məsələlərini də müzakirə ediblər. Görüşdə ABŞ-ın Azərbaycanda səfiri Riçard Morninqstar da iştirak edib.
.