Ərəb ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan İordaniya və Misirə köçürülməsi ilə bağlı təklifini rədd edib.
"Associated Press" xəbər verir ki, bu barədə Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin dövvləti və Ərəb Dövlətləri Liqası Qahirədə keçirilən görüş zamanı birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, Trampın təklif planı regiondakı sabitliyə təhlükə yarada və konfliktin genişlənməsinə səbəb ola bilər.
Beş ərəb ölkəsinin xarici işlər nazirləri Qahirədə keçirilən görüşün yekunu üzrə bu ilin iyun ayında Fələstinlə bağlı beynəlxalq konfransın keçiriləcəyini elan ediblər.
TASS xəbər verir ki, bu barədə birgə bəyanatda qeyd olunub.
.