Tərkibinə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (GCC) iştirakçıları Səudiyyə Ərəbistanının Əl-Üla şəhərində keçirilən zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə saziş imzalayıblar.

TASS xəbər verir ki, görüşü “Al Arabiya” telekanalı canlı yayımlayıb.

Yanvarın 4-də Küveyt xarici işlər naziri şeyx Əhməd Nasser əs-Sabah tərəfindən elan edilən barışıq sazişi Doha ilə münasibətlərin normallaşdırılmasına istiqamətlənib və blokadanın aradan qaldırılmasını, Qətərlə hava məkanının, dəniz və quru sərhədlərinin açılmasını təmin edir.

.