Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı iki lider Rusiya ilə Türkiyə  əlaqələrinin normallaşmasına diqqət çəkib.
Həmçinin Hələbə humanitar yardımın  çatdırılmasını təmin etməyə dair səylərin sürətləndirilməsi barədə razılıq əldə olunub.
 
Kremldən isə telefon danışıqları zamanı nələrin müzakirə olduğu barədə heç bir məlumat verilməyib.
.