Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş tutmuş telefon danışığında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərini detallı müzakirə ediblər.

Kremlin yaydığı məlumatda bildirilir ki, liderlər bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, o cümlədən bu kontekstdə Rusiyanın “Sputnik V” vaksininin çatdırılması və birgə istehsalı imkanlarını baxımından addımlar atmağa hazır olduqlarını bildiriblər.

Ərdoğan Türkiyədə epidemiya əleyhinə görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, prioritet məsələlərdən biri xarici turistlərin təhlükəsizliyinin təmin olunmasıdır.   

Qərara alınıb ki, o cümlədən Rusiya vətəndaşlarının sağlamlığının qorunması baxımından müvafiq strukturların xətti ilə sıx təmaslar aparılsın. 

Rusiya və Türkiyə prezidentləri Ukrayna böhranını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutan telefon danışığı zamanı Ukrayna böhranı da müzakirə edilib.

Kremlin mətbuat xidməti verdiyi xəbərə görə, Türkiyə Prezidentinin xahişi əsasında V. Putin Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.

Bildirilib ki, münaqişənin həlli ilə bağlı 2015-ci ildə əldə olunan Minsk razılaşmalarının alternativi yoxdur. 

Eyni zamanda, Ukrayna tərəfinin Minsk razılaşmalarının həyata keçirilməsindən boyun qaçırması, son günlərdə təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təhlükəli təxribatlarının yenidən başlanması ilə bağlı narahatlıq ifadə olunub.

.