Türkiyə və ABŞ Suriyanın şimalında "təhlükəsizlik zonası”nın yaradılmasını razılaşdırıblar.

Trend-in "CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlu bildirib.
Məlumata görə, təhlükəsizlik zonasının uzunluğu 98 km, eni isə 45 km təşkil edəcək və "Azad Suriya Ordusu”nun dəstələri tərəfindən qorunacaq.
XİN rəhbərinin müavini qeyd edib ki, İŞİD yaxud PKK təhlükəsizlik zonasına soxulduqda ABŞ və Türkiyə hərbi qüvvələri dərhal onlara zərbələr endirəcək.
Virtualaz.org xatırladır ki, Ankara və Vaşinqton belə bir zonanın yaradılması barədə niyyətin olduğunu iyul ayında elan edib. Ərazinin yaradılmasında məqsəd silahlıların Suriya tərəfdən Türkiyə sərhədinə yaxınlaşmasının qarşısını almaqdır.
.