
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: "Belə bir məsələ olarsa, xəbər veriləcək".
Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirmişdi ki, Ərdoğanın Ukraynaya səfərinə hazırlıq görülür.
.