"Bizim Dəməşqdəki rejimlə rəsmi təmas qurmağımızdan söhbət gedə bilməz və bu müzakirə mövzusu deyil”.

"Haberler” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

"Astana çərçivəsində 3 təmanatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq, bu mesajlar Rusiya və İran vasitəsi ilə Dəməşqdəki rejimə də çatdırılır”, - deyə o, vurğulayıb.

İ.Kalın bildirib ki, bu çətin və dolayı bir mexanizmdir: "Fövqəladə şəraitdə zərurət yaranarsa kəşfiyyat qurumumuzun birbaşa və ya dolayı yolla təmas qurması mümkündür. Ancaq Ankara-Dəməşq arasında siyasi və başqa sahələrdə birbaşa təmas qurulmasından söhbət gedə bilməz”.

Qeyd edək ki, BMT Suriyada Bəşşar Əsəd hökumətini tanıyır. Amma rəsmi Ankara onun legitimliyini qəbul etmir.
.