Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, yaxın zamanda pasportlarla keçid icazəsinin verilməsi və s. həyata keçirilməsi zəruri olan addımlar sırasındadır.

İbrahim Kalın sentyabr ayında Ermənistanın təxribat törətdiyini xatırladıb: “Müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi (sülh danışıqları - red.) normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir”, - İbrahim Kalın əlavə edib.

.