"Anadolu" xəbər agentliyinin verdiyi məlumata görə, İranda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İranın paytaxtı Tehrandakı Sədabad Sarayında vitse-prezident tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Baş nazir Ərdoğan, İrandakı təmaslarına Sədabad prezident sarayındakı rəsmi görüşlərlə başlayıb. Ərdoğan, saraya gələrkəm İran prezidentinin birinci köməkçisi İshaq Cihangiri tərəfindən qarşılanıb.
İrana səfər edən baş nazir Ərdoğan rəsmi Tehranla Suriya tragediyasına son qoymaq məqsədilə danışıqlar aparacağını söyləyib.
O, bu gün İran prezidenti Həsən Ruhani ilə görüşəcək, birgə nahar edəcək, sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirəcək.
Rəsmi məlumatlara əsasən tərəflər arasında strateji əməkdaşlıq memorandumu imzalanacaq.
Türkiyə baş naziri İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşəcək.
.
