![](/uploads/img/posts/2024/04/27/8a211c0d-a0b6-3e35-83af-e090756970a6_850jpg-1714195881.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb və hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.
“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğunsuzluğu səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.
.