
Ərzurumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiasıyla bir nəfər həbs olunub.
Siirtdə terror təşkilatı PKK mənsublarının təşkil etdiyi hücumda şəhid olan əsgər Rəcəb Beycurun qohumu prezidenti cənazə mərasimində təhqir edib.
Kazım İpək yaşadığı Karaçoban mahalı Kırımkaya Məhəlləsində nəzarətə alınaraq İlçe Jandarma Komandirliyinə aparılıb.
O, daha sonra Hınıs Ədliyyəsinə sövq edilib, Sülh Cəza Hakimliyində "dövlət böyüklərinə təhqir" ittihamı ilə həbs olunub. qafqazinfo.az
.