
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü münasibətilə təbrik mesajı yayıb.
Türkiyə Prezidenti bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Dildə, fikirdə, işdə birlik şüarımızın ən önəmli simvollarından biri olan Türk Dövlətləri Təşkilatının qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü və ortaq anım günümüz – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təbrik edirəm.
Qədim tarixi irsimiz üzərində yüksələn bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafına töhfə verməsini arzulayıram. Ortaq gələcəyimiz parlaq, işbirliyimiz daimi olsun", - paylaşımda qeyd olunub.
.