Gürcüstandan keçməklə Ermənistana qaçan keçmiş prokurorlar Zəkəriya Öz və Cəlal Qaranın ölkəyə ekstradisiyası üçün Türkiyə höküməti addımlar atmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Bakırköy məhkəməsi prokurorların qaytarılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinə Gürcüstan hökümətinə göndəriləcək diffuziya məktubu yollayıb.
Diffuziya məktubu əlaqəli ölkə tərəfindən digər ölkənin interpoluna göndərilən yazıdır.
Ölkədən qaçanlarla bağlı məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "paralel dövlət” qurmaq istəyənlərdən 100 dən çox üzvünün xaricə qaçdığını söyləyib.
Ərdoğan bəyan edib ki, qaçanların hər birinin izinə düşülüb və onların hamısının yaxasından tutub ölkəyə qaytaracağıq: "Bəziləri Gürcüstan vasitəsi ilə Ermənistana qaçırlar. Əlbəttə, oradan da harasa qaçacaqlar. Biz onları interpolun qırmızı xətti ilə axtarışa verib ölkəyə qaytaracağıq. Hamısı etdikərinin hesabını verəcək” .
Xatırladaq ki, keçmiş prokrorlar Zəkəriya Öz və Cəlal Qara barələrində həbs qərarı verilməsinə bir neçə saat qalmış Gürcüstan vasitəsi ilə Ermənistana qaçıblar. Bu haqda mətbuata Artvin şəhərinin valisi Kəmal Cirit məlumat verib. Türkiyə höküməti onların gerı qaytarılması üçün Gürcüstan hökümətinə müraciət edib.
.