İŞİD, PKK, PYD və digərləri bizim üçün terror təşkilatıdır. Axar.az xəbər verir ki, bu barədə bayram namazından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.
O, ABŞ Dövlət Departamentinin YPG (PKK-nın Suriya qanadı PYD-nin silahlı qolu) ilə bağlı açıqlamasını doğru hesab etmədiyini bildirib: "PYD və YPG bizə görə terror təşkilatıdır. Amerika onlara görə hazırda heç bir bədəl ödəmir, əgər ortada zərərçəkən varsa, o da bizik. PYD və YPG-nin nə etdiyini biz bilirik. Hesab edirəm ki, ABŞ bu yanlış fikri yenidən nəzərdən keçirəcək. İŞİD, PKK, PYD və digərləri bizim üçün bizim üçün terror təşkilatıdır”.
Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi YPG-ni terror təşkilatı hesab etmədiklərini açıqlamışdı.
.
