Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, dünya sülhü üçün mühüm addım olaraq, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: “Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik”.
Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.
Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.
Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.
“CNN Türk” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Zaporojyenin təsadüfi məsələ olmadığını deyib.
Ərdoğan bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssislər var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.
Ərdoğan: “Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur”
“Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Suriya xalqı bizim qardaşımızdır. Onların ərazi bütövlüyü bizim üçün önəmlidir. Rejim bunu bilməlidir”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərimdən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
O əlavə edib ki, Suriyada terroru ilk növbədə qidalandıran ABŞ və koalisiya qüvvələridir, bunu amansızlıqla ediblər, indi də edirlər.
Ərdoğan Türkiyə-Misir münasibətlərinin normallaşmasını istəyir
"Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq".
“CNN Türk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, siyasətdə küskünlük olmaz: "Hər an sülh içində olmalısan. Misir xalqı bizim qardaşımızdır. Onlarla küskün olmağımız mümkün deyil. Suriya ilə daha ciddi addımların atılmasına ümid edirik. İnşallah bu addımların sayəsində İslam dünyasının regionumuzla bağlı yerlərində bir çox oyunun qarşısını alacağıq”.
.
