
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə sığınan və burada yaşayan yezidi kürdlərindən ibarət heyəti qəbul edib.
Salamnews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan prezident sarayında ilk dəfə belə bir yığıncağın keçirilməsindən məmnunluq duyduğunu bildirib.
"Bizləri çox kədərləndirən hadisələrin yaşandığı bölgəmizdə insanların etnik mənsubiyyətinə, şəxsiyyətinə, dininə, rənginə və məzhəbinə baxmadan yaraları sarımağa, dərman tapmağa çalışırıq. Bölgənin keçdiyi bu kritik dövrdə fikir mübadiləsinin faydalı olacağına inanıram. Türkiyə Respublikası İraq və Suriyada yaşanan acı hadisələrdən zərər çəkənlərin yanında oldu və olmağa davam edəcək", - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
.