“Yeni Konstitusiya layihəmizi gələn ilin ilk aylarında təqdim edəcəyik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə prokurorluğunun yeni xidməti binasının və 2021-2022-ci ədliyyə ilinin açılışı mərasimində bildirib.

O qeyd edib ki, əgər müxalifət tərəfindən də alternativ layihələr olarsa, bunları birgə müzakirə etmək Türkiyə üçün böyük qazanc olacaq.

Həmçinin, dövlət başçısı əlavə edib ki, əgər bir dövlətdə ədalət yoxdursa, onun hansı sistem və ya kim tərəfindən idarə edilməsi, vətəndaşlarının hansı dinə və milliyətə mənsub olmaları artıq heç bir əhəmiyyət kəsb etməz. Çünki həmin dövlətdə yalnız zülm hökm sürər.

.