Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.

Partiyasının qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxuyacaqlar.

.